Prezidentin istefası tələb edilir

prezidentin-istefasi-teleb-edilir
Oxunma sayı: 647

İctimai birliklərin və qeyri-hökumət təşkilatlarının yüzlərlə nümayəndəsi prezident iqamətgahının önünə toplaşaraq, Saakaşvilinin dərhal hakimiyyətdən getməsini tələb edib.

"Saakaşvilinin ikinci dəfə prezident səlahiyyətlərinin müddəti məhz bu gün, yanvarın 20-də başa çatır və onun daha bu vəzifədə qalmağa haqqı yoxdur" deyə aksiyanın təşkilatçılarından biri olan Mixail Andquladze bildirib. İctimai fəal bildirib ki, yaxın vaxtlarda Saakaşvilinin istefası tələbi ilə aksiyalar bütün Gürcüstanda keçiriləcək və bu aksiyaların miqyası getdikcə daha da genişlənəcək.

Qeyd edək ki, Tiflisdə etiraz aksiyasında diqqət çəkən şüarlardan biri "Davay do svidaniya" yazılmış plakat olub./anspress/