Prezidentin köməkçisi Avropa İttifaqı komissarı ilə görüşdü

prezidentin-komekcisi-avropa-ittifaqi-komissari-ile-gorusdu
Oxunma sayı: 1029

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Aİ ilə Azərbaycanın ikitərəfli münasibətləri müzakirə edilib.

Bundan başqa, Dağlıq Qarabağda müharibədən zərər çəkənlərə Aİ-nin yardımları, COVID-19 pandemiyasına görə iqtisadi bərpa və pandemiyadan sonrakı dönəm gündəmdə olub.

Onlar, həmçinin, TAP layihəsinin potensialı barədə danışıblar.