Prezidentin köməkçisi Brüsseldə Qriqoryanla görüşdü

prezidentin-komekcisi-brusselde-qriqoryanla-gorusdu
Oxunma sayı: 1710

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tviterdə yazıb. 

“Bu gün Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryanla yaxşı və əsaslı müzakirələrimiz oldu", - deyə Klaar qeyd edib.