Prezidentin köməkçisi COVİD-19 pasportunu paylaşdı - Foto

prezidentin-komekcisi-covid-19-pasportunu-paylasdi
Oxunma sayı: 5673

Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsi COVID-19 pasportunun fotosunu paylaşıb. 

“Qafqazinfo”nun məlumatına görə, Ş. Mövsümov şəklə bu şərhi verib: “Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”

Qeyd edək ki, bu gün Operativ Qərargahın brifinqində açıqlanan məlumata əsasən, COVİD pasportu olan şəxslər idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. COVİD pasportu iki sertifikatdan ibarətdir. Birincisi, peyvəndləşmə sertifikatı, ikincisi isə immunitet (yoluxub sağalmış şəxslər) sertifikatıdır.