Prezidentin köməkçisi vaksin çatışmazlığı ilə bağlı sualı cavabladı

prezidentin-komekcisi-vaksin-catismazligi-ile-bagli-suali-cavabladi
Oxunma sayı: 2450

Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında ölkədə vaksin çatışmazlığı ilə bağlı məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o bildirib ki, hazırda vaksinlərin Azərbaycana gətirilməsi davam edir: “Vaksin çatışmazlığı bizdən asılı olmayan səbəblərdəndir. Bu gün Azərbaycan qrafik əsasında “CoronaVac” vaksinini alır. İndiyə qədər 1 milyona yaxın vaksin gətirilib”.

Xatırladaq ki, bir neçə gün öncə Masallı sakinləri “Qafqazinfo”ya müraciət edərək rayon Mərkəzi Xəstəxanasının “COVID-19” əleyhinə birinci doza vaksin olunmaq üçün müraciət edənləri əliboş qaytardığını bildirmişdilər.

Murad Əhməd