Prezidentin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq

prezidentin-ll-susa-qlobal-media-forumunun-istirakcilari-ile-gorusu-canli-yayimlanacaq
Oxunma sayı: 2649

Bu gün ll Şuşa Qlobal Media Forumu öz işinə başlayır.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşü canlı yayımlanacaq.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçiriləcək Forumda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirakı nəzərdə tutulur.