ANS PRESS-in məlumatına görə, "Daily Mail" qəzetində yer alan xəbərdə Olland və Trierveilerin danışmaq üçün həftəsonu görüş keçirəcəkləri bildirilir.
Görüşdən sonra Fransa prezidentliyinə aid Versey sarayındakı bir iqamətgahda qalan Trierveilerdən dövlətə aid bütün mənzillərdəki əşyalarını toplaması istənəcək. Tərəflər də münasibətlərinin bitdiyini göstərirlər.
Onu da qeyd edək ki, Olland gizli eşq münasibətinin ortaya çıxmasından sonra dünən Hollandiyaya etdiyi ilk xarici səfərinə də tək gedib.
Son xəbərlər
Son Xəbərlər