Moldovanın Rusiyadakı yeni səfiri prezident İqor Dodonun xarici siyasət üzrə müşaviri Andrey Nequtsa təyin olunacaq.
“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, dövlət başçısı bu qərarı baş nazir Pavel Filiplə apardığı danışıqlardan sonra verib.
Onun sözlərinə görə, daha 17 səfirin təyinatı və 10-nun geri çağırılması məsələsi müzakirə olunub.
Xatırladaq ki, Moldovanın Rusiyadakı səfiri Dmitriy Braqiş martın 1-dən geri çağırılıb. Baqişin geri çağırılması təşəbbüsünü Xarici işlər nazirinin müavini Daniela Morar Nazirlər Kabinetinin iclasında irəli sürüb. Bu qərarın hansı səbəbdən verildiyi haqda məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər