Prezidentin oğlu dava saldı- - Video

prezidentin-oglu-dava-saldi-
Oxunma sayı: 2618


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, kütləvi davada Kolumbiya prezidentinin oğlu Martin Santos, tanınmış aktyor və jurnalistlər də iştirak ediblər.

Davanın hansı səbəbdən baş verdiyi dəqiq bilinmir. Lakin məlumata görə, restoranda Braziliya-Kolumbiya oyununu izləməyə gələn braziliyalı azarkeşlər prezidentin oğluna və onun dostlarına söz atıb. Nəticədə tərəflər mübahisə etməyə başlayıb, daha sonra dava düşüb.

Restoran sahibi polis çağırıb. Polis dava edənləri bölməyə aparıb.

Qeyd edək ki, dünya çempionatının 1/4 mərhələsində keçirilən oyunda Braziliya yığması Kolumbiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.