Prezidentin ona hədiyyə etdiyi ərazidə özünə şəhər tikəcək

prezidentin-ona-hediyye-etdiyi-erazide-ozune-seher-tikecek
Oxunma sayı: 2744

“Akon” təxəllüsü altında çıxış edən amerikalı reper və biznemsen Eykon Tiam Seneqal ərazisində özünə şəhər tikəcəyini açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə o, Tvitter hesabında yazıb.

"RİA Novosti" bildirir ki, şəhərin 2025-ci ildə hazır olacağı gözlənilir. Mbodyen qəsəbəsindəki 800 hektarlıq ərazini biznesmenə Seneqal Prezidenti Maki Sall hədiyyə edib.

“Akon City” hava limanından beş dəqiqə aralıqda yerləşəcək, eləcə də lazımi infrastrukturla təchiz olunacaq, o cümlədən, məktəblə. Sakin və qonaqlar xüsusi “Akoin” rəqəmsal valyuta ilə ödəniş edə biləcəklər.

Sosial şəbəkə istifadəçiləri reperin bu addımını müsbət qarşılayıb.

Qeyd edək ki, Eykon Tiam yeddi yaşınadək Seneqalda yaşayıb. Daha sonra ailə ABŞ-a köçüb. Reper uzun müddətdir yeni mahnılar buraxmır.