Prezidentin qadın müşaviri rejissora ərə getdi

prezidentin-qadin-musaviri-rejissora-ere-getdi
Oxunma sayı: 1149

Tatarıstan prezidenti Rüstəm Minnihanovun müşaviri Nataliya Fişman rejissor və prodüser Timur Bekmambetova ərə gedib. 

“Qafqazinfo”nun “Biznes online” portalına istinadən verdiyi xəbərə görə, cütlük ailə üzvləri və dostlarının iştirakı ilə nikah qeydiyyat idarəsində ailə qurub. 

Daha sonra onlar Kaban gölünün sahilində piknik təşkil ediblər. Piknikdə Tatarıstanın sabiq baş naziri İldar Xalikov, Kazandan olan məşhur biznesmen Dmitri Yeremeyev və digər şəxslər də iştirak ediblər.