Malayziya polisi Şimali Koreya liderinin qardaşını öldürməkdə şübhəli bilinən qadının Kuala-Lumpur aeroportunda saxlanıldığını açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan 18 yaşlı Vyetnam vətəndaşıdır.
Malaziya polisinin açıqlamasından bir qədər əvvəl isə Cənubi Koreya mətbuatı prezident Kim Çen Inın qardaşını zəhərləyən qadınlardan birinin görüntüsünü yayıb. Qadının fotosu aeroportda taksi gözləyən zaman çəkilib. Onun əynində LOL yazısı olan t-shirt olub.

Son xəbərlər
Son Xəbərlər