Prezidentin Qazaxıstana səfəri başa çatdı - Fotolar

prezidentin-qazaxistana-seferi-basa-catdi
Oxunma sayı: 1501

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri aprelin 10-da başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola salıblar.