Prezidentin qızı Obama ilə qonşuluqda yaşayır - Malikanənin fotoları

prezidentin-qizi-obama-ile-qonsuluqda-yasayir
Oxunma sayı: 841

ABŞ prezidenti Donald Trampın böyük qızı, biznes-ledi İvanka Trampın Vaşinqtonda ailəsi ilə kirayə yaşadığı malikanənin fotoları yayılıb.

“Qafqazinfo”nun “Tatler.ru”ya istinadən verdiyi məlumata görə, 650 kvadrat metrlik ərazisi olan iqamətgahın daxilində 6 yataq odası var.

Malikanə ABŞ-ın eks-prezidenti Barak Obamanın hazrda yaşadığı evin iki addımlığında yerləşir.

İmarət 1923-cü ildə memar Ueddi Vudun layihəsi əsasında tikilib.

Qeyd edək ki, üç uşaq anası olan İ. Trapm iş adamı, prezident Trampın müşaviri Cared Kuşnerlə ailəlidir.