Prezidentin qızı, yoxsa xanımı daha populyardır? - Sorğu

prezidentin-qizi-yoxsa-xanimi-daha-populyardir
Oxunma sayı: 661

ABŞ prezidenti Donald Trampın bötük qızı İvanka Ağ Evin ən populyar əməkdaşıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Morning Consult” şirkəti ilə “Politico” nəşrinin birgə apardığı sorğuda bildirilir.

6-9 aprel tarixlərində 1988 nəfər arasında keçirilən sorğuda iştirak edən respondentlərin 46%-i 2017-ci ilin martında Ağ Evin rəsmi əməkdaşı olan İvanka Trampı qiymətləndirsə də, 36% insan onu prezidentin müşaviri vəzifəsində görmək istəmədiklərini bildirib. Eləcə də respondentlərin 17%-i onu tanımadıqlarını söyləyiblər. 

Donald Trampın kürəkəni və baş müşaviri, İvankanın həyat yoldaşı Cared Kuşner isə sorğuda iştirak edən insanların 27%-i tərəfindən dəyərləndirilib, respondentlərin 30%-i onu dəstəkləməyib, 42% isə Kuşneri tanımadıqlarını bildirib. 

Birinci xanım Melaniya Tramp respondentlərin 44%-i tərəfindən dəstəklənib. Onu dəstəkləməyənlər isə 34% olub. 17% insan isə “First Lady” haqda məlumatı olmadıqlarını vurğulayıb. 

Ağ Evin mətbuat katibi Şon Spayser 28% insan tərəfindən qiymətləndirilsə də, onun əksinə olanlar 28% təşkil edir. Respondentlərin 36%-i Spayseri tanımır.