Prezidentin Qubadlıda idmançılarla maraqlı dialoqu - Video

prezidentin-qubadlida-idmancilarla-maraqli-dialoqu
Oxunma sayı: 3811

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, şəhər gəzintisi zamanı Prezident və xanımı ictimaiyyət nümayəndələri ilə söhbətləşiblər.

Prezident Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və yunan-roma güləşçisi İslam Abbasovla söhbət edib.

İslam Abbasov​: Cənab Prezident, gənc olimpiyaçı olaraq mən də gənc idmançılar adından Sizə təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Bilirəm, sən yaxşı vuruşmusan. Amma Niyaməddin kimi çempion olmalısan.

İslam Abbasov: Sağ olun. İnşallah, Sizə söz verirəm.

Prezident İlham Əliyev: Deyirəm, sənin kimi çempion olmalıdır. Hə?

İslam Abbasov: Müəllimimizdir. Niyaməddin müəllimdən həmişə böyük örnək almışıq.

Prezident İlham Əliyev: Sən neçənci ildənsən?

İslam Abbasov: 1996-cı ildən.

Prezident İlham Əliyev: 1996-cı ildən. Görməmisən?

İslam Abbasov: Görməmişəm. Böyük şərəf oldu.

Prezident İlham Əliyev: Valideynlərin burada yaşayıb?

İslam Abbasov: Bəli, valideynlərim burada olubdur, Gürcülü kəndində. Böyük şərəfdir Sizinlə buranı ziyarət etmək.

Niyaməddin Paşayev: Cənab Prezident, mən də öz adımdan, öz ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm.

Prezident İlham Əliyev: Sağ ol.

Niyaməddin Paşayev: Mən 13 yaşıma qədər böyüdüyüm bu Qubadlı.

Prezident İlham Əliyev: Sən burada yaşamısan?

Niyaməddin Paşayev: Bəli, Qubadlı rayonunun Muğanlı kəndində doğulmuşam. İnşallah, arzu edirəm ki - necə ki, bu günə qədər Azərbaycanda böyük idman yarışları təşkil olunub, - bu işğal olunmuş şəhərlərimiz də bərpa olunandan sonra bizə Avropa Oyunları kimi, İslam Oyunları kimi, Avropa, dünya çempionatlarını keçirmək qismət olsun.

Prezident İlham Əliyev: Əlbəttə. Mütləq. Burada indi mütləq yaxşı idman qurğuları tikiləcək. Siz də gəlib burada öz təcrübənizi bölüşəcəksiniz. Mütləq.

İslam Abbasov: İnşallah, bundan sonra bütün qələbələrimizi Sizə həsr edəcəyik.

Prezident İlham Əliyev: Çox sağ ol. Sənin çox güclü potensialın var, mən izləyirdim. Dünya çempionatının bürünc mükafatçısısan?

İslam Abbasov: Bəli.

Prezident İlham Əliyev: Yəni, dünya, Olimpiya çempionu ola bilər.

İslam Abbasov: İnşallah. Sizə söz veririk, Parisdə sübut edəcəyik, Allahın izni ilə. Çox sağ olun.