“Qafqazinfo” xəbər verir ki, Pit Souza prezident Barak Obamanın kulisarxası çəkdiyi fotolarını tarixçələri ilə birgə dərc edib. Ümumilikdə 104 foto arasından ən maraqlılarını təqdim edirik:
1.Prezident ictimaiyyətlə əlaqələr xidmətinin direktoru və xidmətin baş işçisi ilə görüşdən. Cen və Tara radiomüsahibəyə hazırlaşan Obamanın zarafatına gülməkdən özlərini saxlaya bilmirlər.

2.Obama Vaşinqtonda ibtidai sinifə baş çəkərkən. Dərs zamanı əlində statoskop saxlayan oğlana yaxınlaşan prezident ondan ürək döyüntülərinə qulaq asmağı xahiş edir.

3. Bu foto keçmiş mətbuat katibinin müavini Ceymi Smit və ailəsi prezidentlə sağollaşmaq üçün gələrkən çəkilib.

4. Prezident bu fotonu görəndə gülərək fotoqrafına deyir: “Vaşinqtonun ən məşhur iki qulağı”. Daha sonra o, qızlarına göstərmək üçün fotonu onun üçün çıxarmağı xahiş edir. Fotoda prezident Pasxal dovşanı ilə birgə eyvanda Pasxa şərəfinə keçirilən illik tədbirdə milli himni dinləyərkən.

5. Filippində ABŞ səfirliyində uşaqlarla foto çəkdirən prezident “mənə yardım edin qalxmağa” deyərək qışqırarkən.

6. Prezident kabinetə girən milçəyi öldürərkən.

7. Prezident vitse-prezident Baydenlə yemək yediyi restoranın işçiləri birgə foto çəkdirərkən.

8. İstefaya gedən ABŞ xüsusi xidmət orqanı əməkdaşı və onun ailəsi ilə görüşərkən.

9. Obama qızı Saşa ilə Virciniya səfəri zamanı

10. Nyu-Yorkda Malayziya təyyarəsinin qəzaya uğradığı zaman Obama CİA direktoru ilə ABŞ-ın reaksiyasını müzakirə etmək üçün telefon danışığı aparır

11. Obama foto çəkilməz öncə uşaqlara “bircə buynuz tutmayın” xəbərdarlığı etsə də uşaqlar sözə baxmır.

12. Prezident qapı arxasından aksiya zamanı seksual təcavüzə uğrayan Lili Ceyin çıxışını dinləyir.

13. Obama bayram video müraciətinin çəkildiyi zaman birinci ledinin zarafatına gülərkən.

14. Obama kortejdən ayrılaraq okean sahilində qürubu izlərkən

15. Prezident mahnı zümzümə edərək Kolorado qubernatoru ilə bilyard oynayır. Obama qubernatorun açdığı barda ona qalib gəldiyi üçün öyünür.

Son xəbərlər
Son Xəbərlər