Prezidentin sevgilisinin hamilə olması xəbəri yayıldı

prezidentin-sevgilisinin-hamile-olmasi-xeberi-yayildi
Oxunma sayı: 3085


Fransada bu dəfə gündəmi  prezident Fransua Ollandın sevgilisi, aktrisa Culia Gayetin hamilə olması xəbər zəbt edib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın bir blog yazarının irəli sürdüyü bu iddia sosial şəbəkələrdə günün əsas mövzusuna çevrilib. İddialara görə, aktrisa 4 aylıq hamilədir. Blog yazarı daha sonra bu tviti silsə də, artıq çox gec idi.

Bu arada televiziyalardan birində qonaq olan büdcə naziri Bernard Cazeneuve aktrisanın nüfuzlu bir qurumun münsif heyətinə “tanışlıq” əsasında keçməsi ilə bağlı yayılan digər bir iddiaya münasibət bildirərkən bilmədən həqiqəti etirafı etmiş olub. Belə ki, “ belə bir təyinat olmadı, onun (Ollandın) qız dostu sənət aləmində fəaliyyət göstərir” deyərək Gayetin prezidentin sevgilisi olduğunu söyləmiş olub.