“Qafqazinfo” xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, əlaqələrin dinamik inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə ticarət, sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
***
Prezident İlham Əliyev Soçidə Litvanın Baş naziri Alqirdas Butkeviçius ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib, bu əlaqələrin yaxşı perspektivlərinin olduğu bildirilib. Ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər