Prokurorluğun mətbuat ximdətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan Respublikası Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənilib. Qeyd edilib ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Təqdimatda cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi ixtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələyib və istintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığı vurğulanıb.
İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülüb.
Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını müəyyən etməkdir. Bu məqsədlə Baş prokuror cənab Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılıb və komissiya işləri öyrənərək həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə edib.
Baş prokurorun birinci müavini Rüstəm Usubov hazırda həmin iş üzrə tam və hərtərəfli istintaq aparılmaqla Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilməklə istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər