Prezidentin tərəfdarları basabas yaratdılar, 15 nəfər öldü

prezidentin-terefdarlari-basabas-yaratdilar-15-nefer-oldu
Oxunma sayı: 1068

Nigeriyada seçkiqabağı mitinqdə yaranan basırıq nəticəsində 15 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, insident prezident Məhəmməd Buxarinin Port-Xarkort şəhərindəki seçkiqabağı kampaniyası zamanı baş verib. Ölən tərəfdarlardan 3-ü kişi, 12-si qadındır. Daha 12 nəfər isə müxtəlif dərəcəli travma alıb. 

Qeyd edək ki, Nigeriyada prezident və parlament seçkiləri fevralın 16-da keçiriləcək.