Prezidentin təyyarəsi məcburi eniş etdi

prezidentin-teyyaresi-mecburi-enis-etdi
Oxunma sayı: 6034

Yunanıstan prezidenti Prokopis Pavlopulosun təyyarəsi Krit adasının qərbindəki İraklion şəhərində məcburi eniş edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb güclü külək və qeyri-sabit hava şəraiti olub. Hanya şəhərinə getməli olan prezident avtomobildən istifadə etməli olub.

Qeyd edək ki, qasırğalı və yağışlı hava səbəbindən Afina və Hanya şəhərində bir neçə reys qadağan edilib.