Prezidentin Türkiyə səfəri başa çatdı

prezidentin-turkiye-seferi-basa-catdi
Oxunma sayı: 2418

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri fevralın 19-da başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankaranın Esenboğa hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər yola salıb.