Prezidentin xüsusi nümayəndələri ilə bağlı dəyişiklik təsdiqləndi

prezidentin-xususi-numayendeleri-ile-bagli-deyisiklik-tesdiqlendi
Oxunma sayı: 4617

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı maddələr əlavə edilib:

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;

-  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri.