Prezidentlə birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

prezidentle-birinci-xanim-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1778

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.
 
Şəhidlərimizin əziz xatirəsini yad edildikdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.