Prezidentlə xanımı Litvaya rəsmi səfərə getdi - Fotolar

prezidentle-xanimi-litvaya-resmi-sefere-getdi
Oxunma sayı: 6152

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.

"Qafqazinfo" xəbər verir ki, Vilnüs Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.