Prezidentlərin görüşü baş tuta bilər

prezidentlerin-gorusu-bas-tuta-biler
Oxunma sayı: 1032


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

“Prezidentlərin bu il görüşəcəyinə ümid edirik. Münaqişənin danışıqlar yolu ilə nizamlanmasına gətirəcək prosesin davam etdirilməsi  üçün görüşlərin keçirilməsi vacibdir”, deyə Uorlik bildirib.  

Amerikalı həmsədrin sözlərinə görə, hazırda nizamlanmanın prinsip və elementləri müzakirə edilir, lakin tərəflər hələlik daha konkret müzakirələr mərhələsinə çatmayıb.