Ukraynada prezidentliyə namizəd Vladimir Zelenski səs verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, o, səs verdiyi şəxsin adını açıqlamasa da, onun haqqında “çox ləyaqəli insandır” sözlərini deyib. Zelenski “nə qədər səs yığacağınızı düşünürsünüz” sualına “hər nə qədər səs yığsam, hamısı mənimdir” cavabını verib.
Prezident postuna iddialı 3-cü real namizəd Yuliya Timoşenko da artıq səsini verib. O, səs verdikdən sonra artıq ölkədə yeni mərhələnin başladığını bildirib.
Qeyd edək ki, Ukraynada keçirilən sorğuya əsasən prezidentliyə real namizədlər Vladimir Zelenski, Petro Poroşenko və Yuliya Timoşenkodur.
Son xəbərlər
Son Xəbərlər