Prezidentliyə namizəd küçədə aclığa başladı

prezidentliye-namized-kucede-acliga-basladi
Oxunma sayı: 630

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, hazırda Quqasyan ölkənin Milli Elmlər Akademisyası qarşısında əyləşib. Namizədin yanında isə “saxta seçkilərə son” yazılan plakat qoyulub.

Xatırladaq ki, yanvarın 18-də Ermənistan Mərkəzi Seçki Komissiyası Quqasyanın hakim Respublika partiyasından olan Serj Sarkisyan namizədliyinin etibarsızlığını tanımaqla bağlı bəyanatını qəbul etməmişdi. O isə yanvarın 21-dən etibarən aclıq aksiyasına başlayacağını bəyan etmişdi.