Prezidentliyə namizəd Tokayev imtahan verdi

prezidentliye-namized-tokayev-imtahan-verdi
Oxunma sayı: 1176

Qazaxıstanda prezidentliyə namizəd Kasım-Jomart Tokayev linqvistik komissiyanın imtahanından uğurla keçib.

“Qafqazinfo”nun “Sputnik Qazaxıstan”a istinadən xəbərinə görə, test nəticələrini Dilçilik Komissiyasının sədri Mırzata Joldasbekov açıqlayıb.

Onun sözlərinə görə, Tokayev ana dilində yazılı tapşırıq- inşa yazıb, komissiyanın təklif etdiyi mətni oxuyub, verilən mövzuya dair 15 dəqiqə ərzində nitq söyləyib və o, heç bir səhv buraxmayıb.

Qeyd olunur ki, prezidentliyə digər namizədlər də eyni imtahanı verəcəklər.  

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 9 iyunda keçiriləcək. Prezidentliyə namizədlərin irəli sürülməsi prosesi aprelin 28-dək davam edəcək. Namizədlərin qarşısında ana dili bilikləri ilə yanaşı, Qazaxıstanda anadan olmaq, son 15 ildə bu ölkədə yaşamaq tələbləri qoyulub.