O, 5 federasiyanın dəstəyini qazana bilmədiyinə görə seçkilərdə iştirak hüququndan məhrum olub. Şampan bunu Luiş Fiqo və Mikael van Praaqın namizədliyini irəli sürməsi ilə əlaqələndirib:
"Təsisatlar yeganə müstəqil namizədi sıradan çıxarmağa çalışdılar. Gizli planlar cızıldı. Müəyyən namizədləri dəstəkləmək üçün yazılan məktublar Avropada sponsorlarımı itirməyimlə nəticələndi. Qeyd etmək istəyirəm ki, köhnə qaydalara əsasən seçkilərdə iştirak edə bilərdim. Amma 2013-cü ildə UEFA-nın təklifi ilə qəbul olunmuş yeni qaydalara əsasən mübarizədən kənarda qalmalı olacam. UEFA tərəfindən dəstəklənən 3 namizədin şüarı göstərir ki, heç kim futbolun cari problemlərinin səbəbləri barədə maraqlana bilməz. Bu namizədlər maliyyə dəstəyini itirməkdən qorxdular".
Qeyd edək ki, seçkilərdə Fiqo, Blatter, van Praaq və Əli bin Əl-Hüseyn iştirak edəcək.
Son xəbərlər
Son Xəbərlər