Primadonnanın şikayətçi olduğu müğənnilər danışdı

primadonnanin-sikayetci-oldugu-mugenniler-danisdi
Oxunma sayı: 642

“Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilyant Dadaşovanı, Səməd Səmədovu təhdid edir. Mənim indiyə kimi heç bir qalmaqalda, münaqişələrdə adım hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon olmaq istəyir, özünü toxunulmaz elan edir” .
Sözügedən məsələ ilə bağlı müraciətdə adı çəkilən xalq artistlərinin rəyini öyrəndik.

Xalq artisti Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova Lent.az-a açıqlamasında bildirib ki, o, özü də bu məsələdə Nazpəri Dostəliyeva ilə birgə addım atıb: “Mən indiyədək heç kimin işlərinə qarışmıram. Yalnız öz qızımın tərbiyəsinə, dərslərinə və öz sənətimə diqqət edirəm. Mənim heç boş vaxtım da yoxdur, kimlərəsə baş qoşum. Ancaq şərəf və ləyaqətimizin aşağılanmasına imkan verə bilməzdik. Buna görə də lazım olan tədbirləri görmüşük”.

Xalq artisti Nisə Qasımova həmkarları arasında yaranan bu narazılıqdan məyus olduğunu deyib: “Hər ikisinə hörmətim var. Nazpəri xanımla bacı kimiyəm. Bildiyim qədər Nazpəri xanım onun adını çəkməyib. Mən İlhamə xanımdan kiçiyəm. Ona məsləhət verə bilmərəm. Yaxşı olardı ki, o, efirdə ona fikrini söyləyərdi. Bununla da bitərdi. Məsələnin bu yerə çıxmağını arzu etməzdim. İlhamə Quliyevanın adımı çəkdiyini, təhqir etdiyini eşitməmişəm. Amma kimsə kimə müəmmalı şəkildə söz deyir. Amma belə şeylər olmasa yaxşıdır”.

Xalq artisti Səməd Səmədov isə bu məsələyə şərh verməkdən boyun qaçırıb: ”Mən yeganə müğənniyəm ki qalmaqaldan uzağam. Siz özünüz də şahidisiniz ki, mən bu günə qədər Əli Mirəliyevə də cavab qaytarmamışam. İlhamə Quliyeva və Flora Kərimova ilə yaxşı münasibətim var. Nazpəri Dostəliyeva, Məleykə Əsədovaya da böyük hörmətim var. Amma nəsə deyə bilmirəm”.

Xalq artisti Brilyant Dadaşova həmkarı İlhamə Quliyevanın onu təhdid etməsindən xəbərdar olmadığını vurğulayıb: “ Başım yaradıcılıq işlərimə və Türkiyədə aparıcılığa qarışdığı üçün yerli şou-biznesimizdə nələrin baş verdiyindən xəbərdar deyiləm. Nazpəri xanım bu sözləri deyibsə, fikrinə cavab olaraq deyirəm ki, hər kəsin sözünə hörmətlə yanaşıram. İlhamə xanım mənim haqqımda nəsə deyib ki? Onunla bir problemim yoxdur. ”.

Qeyd edək ki. Nazpəri Dostəliyeva bəyanatında bildirib ki, o, İlhamə Quliyevanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. Bundan sonra isə xalq artisti prezident İlham Əliyeva şikayət məktub yazıb