““Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiyaya xəyanətdən sonra, əgər kişidirsə, eyni ölkənin xaini - 1991-ci ildə uğursuz çevrilişdən sonra intihar edən Fövqəladə Hallar Dövlət Komitəsinin üzvü Boris Puqondan nümunə götürməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tver vilayətinin qubernatoru İqor Rudenya TASS-a bildirib.
Bölgə rəhbəri hesab edir ki, “Vaqner”də Rusiya Prezidenti Vladimir Putinin çoxlu həqiqi vətənpərvərləri və sadiq tərəfdarları var:
Həmçinin oxuyun: Песков огласил местонахождение Путина
“Bu gün bəzi komandirlər sizi aldadıb vətənə xəyanət etmək və silahlı üsyana qatılmaq yolu ilə aparıblar. Sizə müraciət edirəm: bir daha düşünün və qanunsuz hərəkətlərə, qardaş qırğınlarına son qoyun. Xəyanətkar üsyanlar heç vaxt öz məqsədlərinə çatmayıb”.
Son xəbərlər
Son Xəbərlər