Priqojin Nigerdəki çevrilişə dəstək verdi

priqojin-nigerdeki-cevrilise-destek-verdi
Oxunma sayı: 2954

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, o, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara "Vaqner"in xidmətlərini təklif edib.

Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib. 

"Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil", - deyə muzdluların lideri bildirib.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.