Priqojinin həyat yoldaşı soyadını dəyişib

priqojinin-heyat-yoldasi-soyadini-deyisib
Oxunma sayı: 3611

Təyyarə qəzasında həlak olan “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin həyat yoldaşı şəxsiyyət vəsiqəsində məlumatlarını yeniləyib.

“Qafqazinfo” Rusiyanın “Fontanka” portalına istinadən xəbər verir ki, Priqojinin həyat yoldaşı öz qızlıq soyadına qayıdaraq məlumatlarını Kryajeva Lyubov Valentinovna olaraq dəyişdirib. 

Bildirilir ki, portal dəyişiklik barədə məlumatı sentyabrın 15-i əldə etsə də, bunun konkret olaraq nə vaxt baş verdiyi məlum deyil.  

Xatırladaq ki, Y.Priqojin avqustun 23-ü Tverdə təyyarə qəzası nəticəsində dünyasını dəyişib.