“Prius”un vurduğu gəncin ayaqları amputasiya edildi

priusun-vurdugu-gencin-ayaqlari-amputasiya-edildi
Oxunma sayı: 3335

Nərimanov rayonunda avtomobil piyadanı vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 1991-ci il təvəllüdlü Məmmədov Xəyyam Elbəy oğlunu “Toyota Prius” markalı avtomobil vuraraq eyni istiqamətdə olan eyni markalı maşına sıxışdırıb. Nəticədə piyadanın hər iki ayağı sınıb. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, X.Məmmədovun hər iki ayağı amputasiya edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.