“Oskar” mükafatçısı Mira Sorvino cinsi istismar mövzusunda təşkil olunan tədbirdə hər kəsi təəccübləndirəcək açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, 51 yaşlı Hollivud ulduzu konfransda çıxış edərkən göz yaşlarını saxlaya bilməyib.
Ammerikalı aktrisa adı bir çox məşhurları zorlamaqda ittiham olunan prodüser Harvi Vaynştey tərəfindən təcavüzə məruz qaldığını qeyd edib.
“Bayırda çoxlu sayda təcavüzlə üzləşən qadınların ədalət axtarışları var. Mən bu insanlara köməklik göstərmək üçün keçmişdə üzləşdiyim hadisəni və bundan qaynaqlanan travmalarımdan danışmışam. Siz edilən çirkin əmələ baxmayaraq hər zaman qadın özünü günahkar bilir, hər kəsdən utanır”- deyə Mira bildirib.
Son xəbərlər
Son Xəbərlər