Prodüserə hücumla bağlı - Rəsmi açıqlama

produsere-hucumla-bagli-resmi-aciqlama
Oxunma sayı: 683

“Qafqazinfo”nun DİN-in saytına istinadən məlumatına görə, noyabrın 26-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakinləri Raziyyə Nəsibova və onun qızı Lalə həmyerliləri Təranə Səmədovanı bıçaqla hədələyərək ondan 130 manat pul və qızıl üzüyünü alıb, hadisə yerindən qaçıblar. İlkin əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ tərəfindən aparılır.

Qeyd edək ki, Təranə Səmədova müğənni Rəqsanənin keçmiş, Günay İbrahimlinin isə indiki prodüseridir. O müğənni Kərimin keçmiş həyat yoldaşıdır.