Professor dosentin başını kəsdi

professor-dosentin-basini-kesdi
Oxunma sayı: 2551


"Qafqazinfo" "ans press"ə istinadən xəbər verir ki, Konya şəhəri “Selçuk” universitetinin akademiki Dosent Cəlaləddin Özdemir boğazı kəsilərək qətlə yetirilib. 

Məlumata görə, qohumları universitetə gedərək akademikin 2 gündür evə gəlmədiyini bildiriblər. İş yoldaşları da öz növbələrində, Özdemiri 2 gündür görmədiklərini bildiriblər.

Akademikin otağına baxış keçirən universitet əməkdaşları otağın qapısı bağlı olsa da içəridən gələn kəskin iydən şübhələnərək polisə xəbər veriblər. Usta yardımıyla otağın qapısını açan polislər Cəlaləddin Özdemirin boğazı kəsilmiş vəziyyətdə meyitini aşkarlayıblar. Həmçinin Özdemirin bədənində də bıçaq yaraları aşkarlanıb və onun cinayətə qurban getdiyi bildirilib. 

Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Artıq cinayətdə şübhəli bilinən universitetin professoru Əhməd G. polis tərəfindən saxlanılıb.