Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət dilinin inkişafı ilə bağlı mühüm tədbirlər görülüb, sənədlər qəbul olunub.
Azərbaycan Mətbuat Şurası da Azərbaycan dilinin dünya dilləri arasında daha da möhkəmlənməsi sahəsində əhəmiyyətli işlər görüb.
Şura indiyədək dövlət dilinin qorunması ilə bağlı 202 monitorinq keçirib. Müvafiq monitorinqlərin nəticələrini açıqlamaq üçün keçirilən tədbirdə bu sahədə xidmətlərinə görə dilçi alimlər mükafatlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, BDU-nun jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədli də Azərbaycan Mətbuat Şurası tərəfindən mükafatlandırılıb. Professor dilçilik sahəsindəki səmərəli elmi fəaliyyətinə və “Jurnalistin nitq mədəniyyətinin əsasları” kitabına görə diploma layiq görülüb.
Son xəbərlər
Son Xəbərlər