“Qafqazinfo” xəbər verir ki, bunu müstəqil ekspert Əlabbas Məhərrəmov deyib. O, bildirib ki, eyni zamanda, ölkə daxilində də Birinci Avropa Oyunlarına marağın artırılması istiqamətində geniş işlər görülür: “Razılaşaq ki, Azərbaycan vətəndaşı olaraq, Birinci Avropa Oyunlarının daha geniş miqyasda tanıdılması üçün hər birimiz əlimizdən gələni etməliyik. Azərbaycanda bir neçə milyon internet istrifadəçisinin, müxtəlif sosial şəbəkələrdə (“Facebook”, “Twitter” və s.) qeydiyyatdan keçmiş yüz minlərlə insanın olduğunu, həmin şəxslərin dostluq siyahısına on minlərlə xarici ölkə vətəndaşının daxil edildiyini nəzərə alaraq belə bir təkliflə çıxış etmək istəyirəm. Gəlin, bu gündən başlayaraq, Avropa Oyunları yekunlaşana qədər öz profil şəkillərimizi “Baku-2015” loqosu ilə əvəz edək və bununla da Azərbaycanın ev sahibliyi edəcəyi bu idman tədbirinin tanıdılmasına öz töhfəmizi verək. Bu təşəbbüsün sosail şəbəkə istifadəçiləri olan həmvətənlərimiz və xaricdəki dostlarımız tərəfindən geniş dəstək tapacağına inanıram”.
Son xəbərlər
Son Xəbərlər