Profillərinizi qoruyun

profillerinizi-qoruyun
Oxunma sayı: 3240

Bu gün bir neçə sosial şəbəkə istifadəçisinin feysbuk hesabı erməni kiber cinayətkarı tərəfindən oğurlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Əzizə İsmayılova məlumat verib. O bildirib ki, oğurlanan “AyNur Shahkerimova” profilində erməni bayrağının şəkilləri yerləşdirilib və "Qarabağermənistanındır" həştəqi yazılıb:

“Təcili şifrələrinizi dəyişin. Bu zaman həm rəqəm, həm hərf, həm də simvoldan istifadə edin və şifrəniz maksimum uzun olsun. Məsələn: ^ 12MNBD @@@ 901”

Qeyd edək ki, sözügedən profil hazırda azərbaycanlı IT mütəxəssislər tərəfindən geri qaytarılıb.

Günel Hacı