Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın Şamaxı filialının direktoru, mənimsəmədə təqsirləndirilən Əlisultan Məmmədovun və bankın daha 3 əməkdaşının məhkəmə prosesi keçirilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 7-də davam etdiriləcək.
Qeyd edək ki, Ə.Məmmədov həbs edilməyib. O, başqa şəxslərin adına kredit götürüb mənimsəməkdə ittiham edilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər