Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Qafqazinfo” report.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahid Aydın Mahmudov ifadə verib.
A.Mahmudov R.Əliyevin yanında olarkən C.Hüseynovun klubun meneceri Səbuhi Səfiyarlı ilə birgə xəstəxanaya gəldiyini deyib: “Orada Cavid Rasimlə söhbət etdi. “Niyə belə oldu, axı biz səninlə danışmışdıq” dedi.
Prokuror futbolçuya 4 il iş istəyib. Vəkil Adəm Məmmədov müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmənin növbəti prosesi mayın 16-na təyin olunub.
Son xəbərlər
Son Xəbərlər