Prokuror Əli Kərimlinin mühafizəçisinə 15 il cəza istədi

prokuror-eli-kerimlinin-muhafizecisine-15-il-ceza-istedi
Oxunma sayı: 2697

Bakı Ağır Cinayətlər Məhkəməsində terroru maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

“Qafqazinfo” xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Proses sentyabrın 29-da  davam edəcək.

Xatırladaq ki, N. Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

Amin Nəzərli