Prokuror köməkçisinin də yanaraq öldüyü qəzadan - - Fotolar

prokuror-komekcisinin-de-yanaraq-olduyu-qezadan-
Oxunma sayı: 3365


“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Ucar rayonu, Təzə Şilyan kəndi, Bakı-Qazax yolunun 216 kilometrliyində vətəndaşlara məxsus “Mercedes” markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəza hadisəsi baş verib. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Ehtiram Əkrəm oğlu Salahov və sərnişin Emin Natiq oğlu Qurbanov vəfat edib, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalan meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 10:10-da başa çatıb.

Qeyd edək ki, E.Qurbanov Göyçay rayon prokurorunun köməkçisi olub.

***

“Qafqazinfo” “Report”a istinadən dəhşətli qəzanın görüntülərini də təqdim edir: 

Murad Əhməd