“Nida” Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət ittihamçısı narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən E.Qəhrəmanın 6 il azadlıqdan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, E.Qəhrəman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir. O, avqust ayında saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, onun üzərindən 3, 315 qram heroin aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər