Prokurorlar ağac əkdi

prokurorlar-agac-ekdi
Oxunma sayı: 1505


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbir çərçivəsində Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 2 hektar ərazidə min beş yüzdən artıq Eldar şamı ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.