“Qafqazinfo” xəbər verir ki, 71 gənc hüquqşünas “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər avqustun 27-dən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin olunacaqlar.
Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər