“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda çıxış edən baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.
O bildirib ki, məhkəmələrə göndərilən cinayət işləri üzrə vurulan 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub.
Müşavirədə baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov, Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov çıxış edib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər